CAR prezidentindən Putinə çağırış:“Taxıl sazişi”ni bərpa edin, buraya hədiyyə üçün gəlməmişik”

29-07-2023, 18:50           
CAR prezidentindən Putinə çağırış:“Taxıl sazişi”ni bərpa edin, buraya hədiyyə üçün gəlməmişik”
Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa Ukraynadakı müharibəyə həsr olunmuş iclasda Rusiya Prezidenti Vladimir Putini “Taxıl sazişi”nin fəaliyyətini bərpa etməyə çağırıb. Görüşlə bağlı Kremlin saytında paylaşım edilib.

“Biz buraya bəzi hansısa hədiyyələr istəməyə gəlməmişik. Əlbəttə, biz başa düşürük ki, siz səxavət nümayiş etdirərək müəyyən çətinliklərlə üzləşmiş bəzi Afrika ölkələrinə taxıl vermək qərarına gəlmisiniz, lakin burada olmağımızın əsas məqsədi bu deyil. Bu xarakterli hansısa tədarük əldə edilməsinə nail olmaq bizim əsas vəzifəmiz deyil”, - deyə Ramafosa qeyd edib.

CAR prezidenti vurğulayıb ki, Afrika ölkələri Rusiyaya “Taxıl sazişi”ndə iştirakını bərpa etməyi təklif ediblər və Qara dənizin açılmasının, onun dünya bazarlarına açıq olmasının zəruriliyindən danışıblar.
Xatırladaq ki, daha əvvəl Vladimir Putin Rusiya-Afrika Forumunun plenar iclasında bildirib ki, Rusiya yaxın 3-4 ay ərzində bir neçə Afrika ölkəsinə 25-50 min ton taxıl tədarük etməyə hazırdır. Putinin sözlərinə görə, Rusiya Federasiyası Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya taxıl tədarük edə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.