İlham Əliyevin iradəsini heçə sayaraq məhkəmələri öz təsiri altında saxlayan zati-möhtərəm kimdir?- Baş redaktordan ritorik sual...

30-07-2023, 08:38           
İlham Əliyevin iradəsini heçə sayaraq məhkəmələri öz təsiri altında saxlayan zati-möhtərəm kimdir?-
Bu gün mənə zəng edən sabiq hakimin dediyinə görə, ən azı 15 ildir məhkəmə orqanlarında gizli bir tapşırıq hökm sürürmüş: 147 və 148-ci maddələrə əsasən cinayət işi açılmasın, məhkəmə prosesi aparılmasın. Sən demə, bu göstəriş ölkə başçısı İlham Əliyevin razılığı ilə həyata keçirilirmiş. Hər halda Prezidentin özü 2010-cu il 22 iyul tarixində Mətbuat Şurasının yeni binasının açılışında bunu rəsmən bəyan edərək deyib:
“Diffamasiya ilə bağlı məsələlərə gəldikdə, siz yaxşı bilirsiniz ki, hətta Avropanın inkişaf etmiş ölkələrində bu məsələ ilə bağlı birmənalı mövqe yoxdur. Biz Avropa Şurası ilə münasibətlərimizdə dəfələrlə bu məsələ ətrafında fikir mübadiləsi aparmışıq. Biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik. Nəzərə alsaq ki, Azərbaycanda söz azadlığına görə heç kim həbs olunmur, deyə bilərik ki, bu sahədə bir növ qeyri-rəsmi moratorium qeyd olunubdur”.
Belə çıxır ki, Suraxanı rayon məhkəməsi mənə 147.2 maddəsi ilə cəza kəsərkən Prezident İlham Əliyevin də iradəsini heçə sayıbmış. Sual olunur: Məhkəmə sifarişi hansı daha güclü şəxsiyyətdən alıb?
Heyder Oguz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.