Putin: “Türkiyə ərazisində qaz habının yaradılması mövzusu gündəmdə qalır”

30-07-2023, 11:47           
Putin: “Türkiyə ərazisində qaz habının yaradılması mövzusu gündəmdə qalır”
“Türkiyə ərazisində qaz habının yaradılması mövzusu gündəmdə qalır”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı zamanı bildirib.

O vurğulayıb ki, layihə böyük həcmdə qazın saxlanmasını deyil, elektron ticarət platformasının yaradılmasını nəzərdə tutur:
“Açıq şəkildə bildirmək istəyirəm ki, bu, neft və ya neft anbarı deyil – bu, qazdır. Bunu həm biz bilirik, həm də türk dostlarımız. Biz elektron ticarət platformasının yaradılmasından danışırıq. Biz qazı nəhəng anbarlarda saxlamaq düşüncəsində deyilik. Bu, sadəcə olaraq, belə bir elektron ticarət platformasının təşkili üçün əlverişli yerdir”

Rusiya lideri əlavə edib ki, Türkiyənin tranzit ölkə kimi rolunun artmaqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru