" “pandemiya”, böhran, Avropanın tən ortasında Rusiyanın təcavüzü və müharibə..."

31-07-2023, 09:24           
Bir araşdırma ilə əlaqədar köhnə yazılarıma, müsahibələrimə baxırdım, 4 il öncə 2019-cu ilin iyun ayında verdiyim bir müsahibə diqqətimi çəkdi, bir hissəsini paylaşmaq isdədim. (Düşünmək üçün).
- “The Financial Times” nəşrinə müsahibə verən Rusiya prezidenti Vladimir Putin bildirib ki, liberalizm özünü tükənib. Rusiya prezidentinin fikrincə dünyada baş verən siyasi və iqtisadi fəlakətlər də liberalizmin nəticələridir. Putinin bu fikirlərini nə qədər bölüşürsünüz? Doğrudanmı liberalizm artıq özünü tükədib?
- Əslində Putin öz daxili siyasətinin haqlı olduğunu sübut etmək üçün bu bəyanatı verib. “İzm”lərin heç biri normal insanı münasibətlərin, dövlətlərarası münasibətlərin inkişafına dəstək verər amil deyil. Hətta Çörçillin çox məşhur bir sözü var: “”İzm”lərin arasında ən çox bəyəndiyim Revmatizmdir. Çünki onun dərmanı var”. İstər liberalizm, istər sağ-sol yanaşma artıq dünyada doqma olmaqdan çıxıb.
Mən anlayıram Putin nə demək istəyib. Avropada və ABŞ-da, əsasən də Avropda son zamanlar liberalizm ikinci plana keçib. Önə çıxan əsas cəryanlardan biri də millətçilik oldu. Yəni bir çox ölkələrdə, əsasən də qaçqın problemini önə çəkən siyasi qüvələr millətçilik üzərindən yenidən hekayələr qurmağa başladılar. Putin özü də yaxşı bilməlidir və dünyada ən çox millətçilikdən əziyyət çəkən ölkə məhz Rusiya olub. Millətçilik artıqca, liberalizm arxa plana keçdikcə bu dünyanı fəlakətlərə gətirib çıxarır. İkinci Dünya müharibəsinin olması millətçiliyin ön plana keçməsi ilə bağlıdır. Putin bu bəynatı verməklə bu amilə diqqət çəkmək istəyib.
Liberalizmin əsas qayəsi insanın haqq və azadlıqlarının, siyasi, iqtisadi azadlıqların bərqərar olmasıdır. Bu nöqteyi nəzərdən təbii ki, liberalizmin dövrü keçməyib, amma indi dünyada “psevdo-liberal” xətt, çox təhlükəli bir xətt yaranıb. Çünki liberal yanaşma dünyanı inkişafa aparan yollardan biridir. Amma son zamanlar millətçiliyin önə çıxması ilə bağlı əsl liberalizm arxa plana keçib.
Dünyada əsl liberalizm getdikcə zəifləyəcək, millətçilik daha da geniş vüsət alacaq, bununla da dünya növbəti müharibələrə, növbəti böhranlara “hamilə” olacaq.
P.S. Sonrasını hamımız gördük, “pandemiya”, böhran, Avropanın tən ortasında Rusiyanın təcavüzü və müharibə...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.