Blinken: Bütün tərəflərin sülh danışıqlarında fəallığını davam etdirməsi vacibdir

31-07-2023, 09:54           
Blinken: Bütün tərəflərin sülh danışıqlarında fəallığını davam etdirməsi vacibdir
Dövlət katibi "Laçın dəhlizi ilə" kommersiya, humanitar və şəxsi avtomobillərin sərbəst tranzitinə təcili ehtiyac olduğunu vurğulayıb
ABŞ Dövlət katibi Antoni Blinken dünən Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb və Qarabağdakı humanitar vəziyyətdən dərin narahatlığını bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller məlumat verib.
Dövlət katibi Blinken "Laçın dəhlizi ilə" kommersiya, humanitar və şəxsi avtomobillərin sərbəst tranzitinə təcili ehtiyac olduğunu vurğulayıb və humanitar yüklərin Qarabağın erməni əhalisinə çatdırılması üçün alternativ marşrutlar üzrə kompromislərin zəruriliyini qeyd edib.
Blinken bütün tərəflərin sülh danışıqlarında fəallığını davam etdirməsinin vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru