Afrikada ABŞ-ı təhdid edən "çevriliş kəməri”...

31-07-2023, 08:50           
Afrikada ABŞ-ı təhdid edən "çevriliş kəməri”...
Niger prezidenti Məhəmməd Bazumun devrilməsi mərkəzi Afrikada qərbdə Qvineyadan şərqdə Sudana qədər bir kəmər yaratdı və burada seçilmiş liderlər devrildi.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" xəbər verir.

Nəşr vurğulayır ki, bu cür tendensiyalar ABŞ-ın bölgədəki təsirini sarsıdır, həm də Rusiya tərəfinə yol açır.

Nəşr iddia edir ki, ötən həftəyə qədər Niger Pentaqonun regional siyasətinin təməl daşı olub və bu ölkədə ən azı 1,1 min ABŞ əsgəri yerləşdirilib, Niamey və Aqadez şəhərlərində isə Amerika tərəfi pilotsuz təyyarə bazaları inşa edib. Onlardan biri 110 milyon dollara başa gəlib. Çevrilişdən sonra bütün bunlar təhlükə altındadır. Nəşr yazır ki, Amerikanın istənilən geri çəkilməsi Rusiyanın qapısını açacaq.

NYT vurğulayır ki, Rusiya Afrikanın bəzi bölgələrində özünü "anti-Qərb və xüsusilə də Fransa əleyhinə əhval-ruhiyyənin məşəldarı" kimi göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.