Ukraynadan xəbərdarlıq: "Rusiya müharibənin öz ərazisində də davam etməsinə hazır olmalıdır"

31-07-2023, 19:15           
Ukraynadan xəbərdarlıq:
“Rusiya ərazisinə hücumlara görə Prezident Vladimir Putin məsuliyyət daşıyır”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

O, müharibəni məhz Rusiyanın başlatdığını və buna görə də məsuliyyəti Rusiyanın daşıdığını söyləyib.

A.Yusov bildirib ki, Rusiya müharibənin öz ərazisində də davam etməsinə hazır olmalıdır:

"Əlbəttə, Rusiya üçün təhlükə var və müəyyən hadisələr baş verə bilər. Moskvaya hücumların əsas günahkarı da məhz Putin rejimidir".

Müdafiə Nazirliyinin nümayəndəsi “müəyyən hadisələr” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, son zamanlar Moskvaya PUA hücumları artıb. Sonuncu belə hücum iyulun 28-də olub.

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu isə bu hücumları Ukraynanın əks-hücum əməliyyatının uğursuzluğunun göstəricisi kimi dəyərləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru