"HƏRBÇİLƏRİN DAXİLİ ORQANLARINI ÇIXARIRLAR" - Patruşevdən Ukraynaya qarşı əcaib iddia

1-08-2023, 00:14           
"HƏRBÇİLƏRİN DAXİLİ ORQANLARINI ÇIXARIRLAR" -
Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi təkcə döyüş meydanında deyil, informasiya savaşında da bütün əndazələri aşır.

"AzPolitika.info" xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukrayna ordusuyla bağlı maraqlı iddia ilə çıxış edib.

"RİA-Novosti" yazır ki, Patruşev yaralı Ukrayna döyüşçülərindən "biomaterial" kimi istifadə olunduğunu bildirib: "Ukraynalılardan təkcə "top əti" kimi istifadə etmirlər, ukraynalı yaralı döyüşçülərdən həm də biomaterial kimi istifadə edərək, gizli şəkildə transplantasiya üçün onların daxili orqanlarını çıxarırlar".

Bu zaman Patruşev Ukraynada qəbul edilən “Transplantasiya haqqında” Qanunu xatırladıb və iddia edib ki, bu qanun məhz ukraynalı döyüşçülərinin daxili orqanlarının çıxarılaraq satılması üçün nəzərdə tutulub. Patruşev bütün bu "baş verənlərdə" Kiyev rejimini və şəxsən Prezident Volodimir Zelenskini günahlandırmağı unutmayıb.

Qeyd edək ki, bundan öncə də Patruşev qeyri-adekvat ittihamları ilə seçilib. Məsələn, o, iddia edib ki, nəinki Qərbdə, heç Rusiyada da çoxlarının tanımadığı Darya Duqina və Vladlen Tatarski kimi Kreml təbliğatçılarını ABŞ qətlə yetirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru