Ağ ev Medvedevin fikirlərini “məsuliyyətsizlik” kimi qiymətləndirib

1-08-2023, 10:25           
Ağ ev Medvedevin fikirlərini “məsuliyyətsizlik” kimi qiymətləndirib
Ağ ev Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin Ukraynanın əks-hücumunda uğur qazanacağı təqdirdə Moskvanın nüvə silahına əl atacağı ilə bağlı iddiasını tənqid edib.

“Report” CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu ritorikanı “ehtiyatsızlıq və məsuliyyətsizlik” adlandırıb.

“Ukraynada və ya başqa yerlərdə nüvə silahının istifadəsi bütün dünya üçün fəlakət olacaq və Rusiya üçün ciddi nəticələrə səbəb olacaq”, - müşavir deyib.

O əlavə edib ki, indiyə qədər ABŞ Rusiyanın nüvə silahına keçməyə hazırlaşdığına dair heç bir əlamət görməyib.

“Biz bunu yaxından izləməyə davam edirik, lakin onun nüvə siyasətini dəyişmək üçün heç bir səbəb görmürük, nə də Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmürük”, - Sallivan bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.