NATO Rusiyanın dəniz blokadasını yarıb keçən üç gəmini müşaiyyət etdi - "Forbes"

1-08-2023, 18:37           
NATO Rusiyanın dəniz blokadasını yarıb keçən üç gəmini müşaiyyət etdi - "Forbes"
Rusiyanın dəniz blokadasını yarıb keçən üç mülki yük gəmisi NATO təyyarələri tərəfindən müşaiyyət edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes” məlumat yayıb.

Qəzet qeyd edir ki, Dunaya daxil olan üç gəmi blokadanı yararkən "öz niyyətlərini gizlətmək üçün heç bir səy göstərməyib”, belə ki, onları "yuxarıdan” NATO təyyarələri qoruyub. Rumıniya sərhədləri yaxınlığında isə Alyansın qırıcıları növbətçilik edib.

"Onların hamısı (gəmilər – red.) radiotransponderlərini işə salaraq, yerləşdiyi yeri və kursunu internetə və gəmi izləmə saytlarına çıxışı olan hər kəs üçün görünən edib”, – "Forbes" yazır.

Ən azı dörd NATO hərbi təyyarəsi gəmilərin üzərindən patrul aparıb: ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8 patrul təyyarəsi, yerüstü skaner radarı olan Challenger, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RQ-4 pilotsuz uçuş aparatı və NATO-nun E-3 erkən xəbərdarlıq təyyarəsi. Normalda heç bir təyyarə sursatla təchiz edilmir, lakin NATO qırıcıları, o cümlədən İtaliyanın Eurofighterləri və Rumıniya F-16-ları Rumıniyada yaxınlıqda olub.

Nəşr Müharibənin Tədqiqi İnstitutuna (ISW) istinad edərək yazır ki, bu hadisəyə əsaslanaraq, artıq rusların Qara dənizin blokadası ilə bağlı təhdidləri blef kimi qiymətləndirilir.

"Moskvanın Kiyevlə Ukraynaya on milyonlarla ton taxılın təhlükəsiz ixracına imkan verən sazişdən çıxmasından və daha sonra Ukrayna limanlarına daşımaları dayandırmaqla hədələməsindən 22 gün sonra dünya rusların hərəkətlərini blef adlandırıb”, - Forbes yazır.

Müşahidəçilərin fikrincə, blokadanın yarılması üzrə uğurlu əməliyyat beynəlxalq yükdaşıyanlara Ukrayna limanlarından əməliyyatları bərpa etmək üçün kifayət qədər təhlükəsiz olduğunu göstərə bilər.

"Görünür, Rusiya qüvvələri Qara dəniz vasitəsilə Ukraynaya gedən neytral gəmiləri məcburi şəkildə dayandırıb axtarış aparmaq istəmir və ya bunu etmək üçün iddia edilən şərtlərə baxmayaraq, bunu etmək iqtidarında deyil", - ISW qeyd edir.

Nəşr xatırladır ki, üç mülki yük gəmisi bazar günü Rusiyanın Qara dənizdəki blokadasını yarıb və Dunay deltasındakı Ukrayna taxıl limanlarından birində lövbər salıb.

"Yəqin ki, gəmilər İzmaildə taxıl yükləyəcək, sonra Qara dənizə və daha da xarici limanlara qayıdacaq”, - "Forbes" yazır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.