O boyda absurd yazını, "Ədliyyə Nazirliyi heç bir qanun pozuntusunu etməyib", cümləsinə görə yazıblar...

2-08-2023, 00:06           
O boyda absurd yazını, "Ədliyyə Nazirliyi heç bir qanun pozuntusunu etməyib", cümləsinə görə yazıblar...
"Baku News" bilmirəm kimindi, məndən, Allah bunları qoymasa, güya, tənqidi məqalə yazıb, hökuməti müdafiə edib. Məqaləni heç kim imzalamayıb, çünki absurd cümlələrlə doludur, özünə azacıq hörmət edən elə məqaləyə imza atmaz - ona görə də, "Baku News İnformasiya şöbəsi" imzası ilə yayıblar.
Mənim partiya mənsubiyyətini zənglə yoxlamağın absurd və mümkünsüz olduğunu iddia etməmə, güya, cavab veriblər - cızmaqaradan sitat:
"Qaqa, niyə mümkünsüzdür? Seçki vaxtı deyirsiz ki, iqtidar administrativ resurslarından istifadə edir, indi yoxlamaq üçün bu resurslar yox olur?! Ədliyyə Nazirliyin kənara çıxmadan, öz daxili imkanlarla bu 5 min üzvün yoxlanmasına kifayət qədər ştatı var. Fərz edək ki, bu məlumatları yoxlamaq üçün Ədliyyə Nazirliyi 10 nəfərə tapşırıb. Deməli 1 nəfər işçiyə 500 nəfəri yoxlamaq lazım olacaq. Yoxlama 20 gün çəksə bir günə 25 nəfərə zənq vurulması tələb olunur. Hörmətli “alim iqtisadçi” Natiq Cəfərli üçün məlumat: Yəqin ki Ədliyyə Nazirliyinin 10 nəfərdən daha çox işçisi var ki, bu 5 min nəfəri qısa zamanda yoxlasın.
Ədliyyə Nazirliyi heç bir qanun pozuntusunu etməyib".
Bu biçarələr, güya, məni aşağılayıb "qaqa" kimi müraciət edirlər, amma yaxşı "qaqaların" dırnağı da ola bilməzlər. Özlərini ifşa ediblər, belə çıxır ki, Ədliyyə Nazirliyi ancaq REAL-lı yoxlayıb? Bəs 750 min YAP "üzvünə" zəng etmək üçün ƏN-yi neçə adam aylrıb, necə oldu ki, cəmi 20 günə 750 mini yoxlaya bildi?! Yaxşı, digər partiyalar da 5-10 min arası üzv siyahısı veriblər, onlara neçə işçi ayrılıb?!
O boyda absurd yazını, "Ədliyyə Nazirliyi heç bir qanun pozuntusunu etməyib", cümləsinə görə yazıblar, nə deyim daha...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.