Hollivudun məşhur rejissoru Napaleonu Hitler və Stalinlə müqayisə etdi

2-08-2023, 00:04           
Hollivudun məşhur rejissoru Napaleonu Hitler və Stalinlə müqayisə etdi
“Napaleon” filminin məşhur rejissoru Ridli Skott böyük sərkərdə və imperator Napaleonu Hitler və Stalinlə müqayisə edib.

Lent.az-ın məlumatına görə, rejissor filmi barədə danışarkən Napaleonun Aleksandr Makedonski, Hitler, Stalin qədər qaniçən bir lider olduğunu vurğulayıb.

“O milyonlarla insanın məhvinə səbəb olub. Napaleon böyük günahlar daşıyan şəxsiyyətdir. Bununla belə cəsurdur, qeyri-adidir”, - rejissor qeyd edib.

Yeni çəkilən “Napaleon” filmi bu il noyabrın 22-də kinoprokata buraxılacaq. Baş rolda Hoakin Feniks çəkilib. Napaleonun Jezofinasını Vanessa Kirbi canlandırıb.

Hoakin Feniks bildirib ki, "Qladiator” filminin çəkilişləri üçün darıxdığına görə, bu rolda oynamağa razılıq verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru