Seçki ətrafında isteriya ABŞ-ı Rusiya ilə "proksi-müharibə"yə gətirib çıxarıb

2-08-2023, 10:34           
Seçki ətrafında isteriya ABŞ-ı Rusiya ilə "proksi-müharibə"yə gətirib çıxarıb
Donald Trampın fikrincə, dövlətlərarası münasibətlərdə gərginliyin dərəcəsini azaltmağın zəruri olduğu kritik məqamda saxtakarlıq kütləvi isteriyaya səbəb olub və bu da "Rusiyanı birbaşa Çinə daha yaxınlaşdırıb".
Rusiyanın 2016-cı il seçki kampaniyasına müdaxiləsi ilə bağlı "uydurma məlumatlar" ətrafındakı isteriya Vaşinqtonu Moskva ilə "proksi-müharibə"yə sürükləyib.
Bu barədə Rusiya mediası ABŞ-ın sabiq Prezidenti Donald Trampın "Newsweek"ə yazdığı köşə yazısına istinadla məlumat yayıb.
"Bu hiylənin əsl qurbanları amerikalılar olub. Onun ABŞ-a vurduğu ziyan misilsizdir. Bu, demokratiyamızı sarsıdıb, təhlükəsizliyimizi təhdid edib, azadlığımızı təhlükə altına atıb", - deyə ABŞ-ın sabiq prezidenti qeyd edib.

Siyasətçinin fikrincə, dövlətlərarası münasibətlərdə gərginliyin dərəcəsini azaltmağın zəruri olduğu kritik məqamda saxtakarlıq kütləvi isteriyaya səbəb olub və bu da "Rusiyanı birbaşa Çinə daha yaxınlaşdırıb".
"Mənim Rusiya ilə yaratmağa çalışdığım münasibətləri yaxşılaşdırmaq əvəzinə, biz indi Rusiya ilə proksi-müharibə aparırıq", - deyə Tramp fikrini yekunlaşdırıb.
O, ABŞ-dan daha çox nüvə silahına malik olan Rusiya ilə anlaşmağa və həmçinin Konqresi Ukraynaya yeni məbləğlər ayırmamağa çağırıb.
"Sky News" qeyd edib ki, ABŞ Prezidenti Co Baydenin əsas səhvi Rusiyanı nüvə dövləti kimi dəyərləndirməməsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru