Türkiyə və Rusiya Prezidentlərinin müzakirə edəcəyi mövzular bəlli olub

3-08-2023, 09:34           
Türkiyə və Rusiya Prezidentlərinin müzakirə edəcəyi mövzular bəlli olub
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin planlaşdırılan görüşü zamanı müzakirə ediləcək mövzular bəlli olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib.

Peskov bildirib ki, liderlər Ukrayna və “Taxıl sazişi” ilə bağlı mövzulara toxunacaqlar:

“Gündəlikdə duran ilk məsələ çoxşaxəli olan ikitərəfli münasibətlərimizdir. Eyni zamanda Ukrayna diqqət mərkəzində olacaq. Bundan başqa bu gün Putinin türkiyəli həmkarına hərtərəfli izahat verdiyi “Taxıl sazişi” məsələsidir və təbii ki, dünyada baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq”.

Putinin sözçüsü əlavə edib ki, liderlərin görüşünün yeri və vaxtı ilə bağlı diplomatik yollarla müzakirələr aparılır:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.