Ukrayna-Polşa münasibətlərinin gərginlışməsi Kremlin maraqlarına xidmət edir.

3-08-2023, 11:34           
Ukrayna-Polşa münasibətlərinin gərginlışməsi Kremlin maraqlarına xidmət edir.
Ukrayna Prezidenti Volodimir Zelenski haqlıdır, Polşa-Ukrayna münasibətlərində yaranan son gərginlik hər iki dövlətin ziyanınadır. Son günlər iki ölkənin müxtəlif rəsmiləri bir-birlərinin ünvanına sərt ifadələr səsləndiriblər. Volodimir Zelenski heç bir siyasi məqamın Ukrayna və Polşa xalqları arasında münasibətləri korlamasına imkan verməyəcəyini söyləyib. O, buna görə də soyuqqanlı davranışa ehtiyac olduğunu vurğulayıb.
Polşa ilk gündən Ukraynaya dəstək verib, təxminən 2 milyon ukraynalı qonşu dövlətdə sığınacaq tapıb. Polşa öz büdcəsindən onların yerləşməsinə və bir qisminin işlə təmin olmasına çalışıb. Polşa ayrıca, Ukraynaya hərbi dəstəyini davam etdirir. Ukrayna-Polşa münasibətlərinin gərginlışməsi Kremlin maraqlarına xidmət edir. Rusiya prezidenti Vladimir Putin Polşanın guya Ukrayna torpaqlarında gözü olduğunu iddia etmişdi. Varşavanın belə bir planı yoxdur, əksinə Ukraynanın müharibədə qalib çıxması Polşanın milli və təhlükəsizlik maraqlarına cavab verir.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru