Çindən milyonlara çağırış: Casusluqla mübarizə üçün səfərbərlik başladıldı

3-08-2023, 12:08           
Çindən milyonlara çağırış: Casusluqla mübarizə üçün səfərbərlik başladıldı
Çin Dövlət Təhlükəsizlik Naizrliyi vətəndaşlara çağırış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Pekin casusluqla mübarizə üçün milyonlarla vətəndaşına səfərbərlik başladıb.

“Milli səfərbərlik” adlandırılan çağırışla bağlı Çin Kommunist Partiyasının yayım orqanı yazı dərc edib. Bu mübarizəsə xalqın bütün təbəqələrinin daxil edilməsinin gərəkli olması vurğulanıb.

Açıqlamada “açıq və ya bütün gizli işlərin birləşdirilməsi” vurğulanıb. Ölkədəki mövcud durumu “ciddi və qarışıq” olaraq qiymətləndirilib.

Çağıdışda milli təhlükəsizliyi gücləndirmək üçün bütün dövlət orqanlarının və xalqın “casusluğa qarşı çeşidli təhlükəsizlik tədbirlərini tətbiq etməsi” vurğulanır.

Milli təhlükəsizlik qurumlarının casusluq bildirişləri almaları üçün əlaqə adreslərini xalqa açıqlaması “həssas bilgiləri xəbər edən adamların gizliliyinin təmin edilməsinin lazımlılığı” xüsusi qeyd edilir.

Çinin yenilənən casusluqla mübarizə qanununda “Bütün dövlət qurumları, silahlı qüvvələr, siyasi partiyalar, xalq, müəssisələr və digər sosial quruluşlar, casusluq işlərini önləmək, dayandırmaq və milli təhülkəsizliyi qorumaqla məsuldur” cümləsi yer alır.

Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi ölkənin gizli kəşfiyyat qurumlarına bağlı bir yer olaraq bilinir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.