Obama prezident seçkilərində Baydenə dəstək verəcəyini vəd edib

3-08-2023, 11:09           
Obama prezident seçkilərində Baydenə dəstək verəcəyini vəd edib
ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı dövlət başçısı Cozef Baydenə 2024-cü ildə keçiriləcək seçkilərdə dəstək verəcəyini vəd edib.

Bu barədə “Report” “NBC” telekanalına istinadən xəbər verir.

Qeyd olunub ki, iyun ayında Obama Ağ Evə gəlib və şəxsi şam yeməyi zamanı Baydenə söz verib ki, “onun yenidən seçilməsi üçün əlindən gələni edəcək”.

Eyni zamanda “The Washington Post” yazıb ki, Obama görüşdə mühafizəkar media və siyasi qütbləşmiş elektoratın Donald Trampı güclü dəstəkləməsindən narahat olduğunu bildirib.

2024-cü il noyabrın 5-də ABŞ-da 60-cı prezident seçkiləri keçiriləcək. Hazırda 15-dən çox siyasətçi öz namizədliyini irəli sürüb. Bununla belə, əsas namizədlər hələ də Bayden və Trampdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru