Çindən irad: NATO Avrasiya məkanında birliyi pozmağa çalışır

3-08-2023, 13:39           
Çindən irad:
Avropanı çaşdıran NATO alyansı indi Asiya-Sakit Okean regionunda sülhü məhv etmək niyyətindədir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Çjan Hanhui deyib.

Onun sözlərinə görə, Asiya-Sakit Okean regionunda sülhün bərqərar olmasına baxmayaraq, Şimali Atlantika Alyansı hərbi təlimlərin keçirilməsində, regionda naviqasiya azadlığının təmin edilməsi üçün qondarma əməliyyatların yerləşdirilməsində və gərginliyin artmasında israrlıdır.

“NATO BMT Nizamnaməsinin xalqlar arasında dostluq münasibətlərini inkişaf etdirmək və qlobal sülhü möhkəmləndirmək məqsədlərindən kənara çıxıb”, - səfir bildirib.

Bundan əvvəl Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirib ki, Rusiya və Çin kollektiv Qərbin və NATO-nun təhlükəli planlarını puça çıxarmağa qadirdir. O qeyd edib ki, Qərb dövlətləri və Şimali Atlantika Alyansı ümumi Avrasiya məkanında birliyi pozmağa çalışır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.