700-dən çox erməninin “Laçın” postuna təxribatçı yürüşü haqda ŞOK DETALLAR

3-08-2023, 17:44           
700-dən çox erməninin “Laçın” postuna təxribatçı yürüşü haqda ŞOK DETALLAR
Mediada yayılan məlumatlarda dünən – avqustun 2-dən Xankəndində Ermənistanın Qarabağa “humanitar yardm” şousuna dəstək vermək üçün “Laçın” sərhəd-buraxılış məntəqəsinə avtobuslarla “dinc yürüş” hazırlandığı bildirilir. Bunun üçün artıq şəhərin “dirçəliş” meydanında avtobusların da düzüldüyünü əks etdirən fotolar paylaşılıb.

Teref.az xəbər verir ki, Moderator.az erməni mənbələrindən separatçı-revanşistlərin hazırladığı təxribatçı aksiya barədə əlavə məlumatlar da əldə edib.

Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş “dəhlizin blokadasını açmaq uğrunda xalq hərəkatı” adlanan qanunsuz qurumun təşkil etdiyi təxribat üzərinə ingilisə “Həkəri körpüsünə sülh yürüşü” yazılmış avtobuslarla həyata keçiriləcək.

Təxribatçı aksiyanın “müəllifi” kimi təqdim edilən Artur Osipyanın sözlərinə görə, mövcud avtobuslarla təxminən 700 nəfəri daşımaq olar, lakin o, avtomobillərin sayının artacağını da qeyd edib.

“Nə vaxt başlayacağımızı dəqiq deyə bilmərəm. Amma yürüşdən bir gün əvvəl toplantı olacaq və hamıya yürüş haqqında məlumat veriləcək”, – deyə separatçı bildirib

“Təhlükəsizlik səbəbindən karvandakı ilk avtomobillərdə yalnız kişilər olacaq. İstəyirik ki, hamı bilsin ki, bu, dinc yürüş olacaq. Eyni zamanda Şuşa yaxınlığında yolumuzun bağlanmasını gözləyirik. Biz çadırlar quracağıq və hər hansı bir nəticə əldə edənədək gözləyəcəyik”, – A.Osipyan belə çərənləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.