Məryəm Rəcəvinin ölkəyə girişinə qadağa qoyuldu

3-08-2023, 18:08           
Məryəm Rəcəvinin ölkəyə girişinə qadağa qoyuldu
Albaniyada “Mücahedin-e Xəlq” qruplaşmasının lideri Məryəm Rəcəvinin ölkəyə girişini qadağan edib.

KONKRET.az Təsnim-ə istinadla xəbər verir ki, bu barədə məlumatlı təhlükəsizlik mənbələri danışıb.


Bu mənbələrin məlumatına görə, məhkəmə qruplaşmanın İran daxilində terror fəaliyyətinə rəhbərlik etdiyini göstərən mövcud sənədləri araşdırdıqdan sonra Rəcəvinin Albaniyaya girişinə qadağa barədə qərar çıxarıb.

Xatırladaq ki, bu ilin iyun ayında Albaniya polisi “Mücahedin-e Xəlq”in düşərgələrində axtarış aparıb. Polis düşərgədəki kompüter avadanlığını müsadirə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru