"Sənin ağlamağın artistlikdir" -

4-08-2023, 08:28           
"Sənin ağlamağın artistlikdir" -
Aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində AXP sədri Pənah Hüseyn və Milli Azadlıq Hərəkatının öncüllərindən Nemət Pənahlı üz-üzə gəlib.

Nemət Pənahlı verilişdə eks Baş nazir Surət Hüseynovun ölümündən danışıb. O, qeyd edib ki, Surət Hüseyovun dəfnində Azərbaycan və Türkiyə bayraqlarının olması, Azərbaycan himninin oxunması onun dövlətçiliyə bağlılığı ilə əlaqəlidir və himn oxunanda kövrəlib.

Danışarkən efirdə də kövrələn Nemət Pənahlıya Pənah Hüseyn özünəməxsus replika ilə cavab verib.

"Nemət Pənahlı son illərdə ümumiyyətlə kövrəlir. Xatırlayıram 2020-ci ildə hərbi paradda da ağladı", - Pənah Hüseyn deyib.

Bu zaman tərəflər arasında anlaşmazlıq yaranıb. Pənah Hüseyn Nemət Pənahlının ağlamasına artistlik kimi baxdığını bildirib.

musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru