Azərbaycanın paytaxtında yəhudi Mərkəzi tikilir və Avropa ravvinlərinin qurultayı keçirilməsi planlaşdırılır

4-08-2023, 11:42           
Azərbaycanın paytaxtında yəhudi Mərkəzi tikilir və Avropa ravvinlərinin qurultayı keçirilməsi planlaşdırılır
Bakıda əsas şəhər sinaqoqunun yanında Yəhudi Mədəniyyət Mərkəzi tikilir.

Bu barədə Jewish News Sindicate rəsmi Azərbaycan mənbələrinə istinadən xəbər verir.

Mərkəzdə bazar günü yəhudi məktəbi və böyüklər və uşaqlar üçün kurslar, həmçinin kosher restoranı təşkil olunacaq.

Mərkəz Azərbaycan dövlətinin vəsaiti hesabına tikilir.

Bakı Dağ Yəhudiləri İcmasının mənəvi lideri İbrahim Yaqubovun sözlərinə görə, dördmərtəbəli binanın tikintisi üçün torpaq sahəsi Prezident İlham əliyev tərəfindən icmaya hədiyyə edilib.

Tikintinin 2024-cü ilin sonunda başa çatdırılması planlaşdırılır.

Nəşir həmdə Bakıda keçirilməsi nəzərdə tutulan Avropa ölkələrinin ravvin Konfransının keçirilməsi haqqında məlumat verilir. Qitənin hər yerindən təxminən 500 Avropa ravvininin iştirakı gözlənilir.

Konfransın əsas mövzusu dini etiqad azadlığı və yəhudi icmalarının fəaliyyəti ilə bağlı məsələlər olacaq. Qurultay iştirakçıları əsrlər boyu dağ yəhudilərinin yaşadığı Azərbaycanın şimalındakı Krasnaya Sloboda qəsəbəsinə səfər edəcəklər.(Turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru