Dövlət Departamenti təsdiqlədi: Kiyevlə danışıqlar başlayıb

4-08-2023, 15:44           
Dövlət Departamenti təsdiqlədi:
ABŞ Dövlət Departamenti Ukrayna ilə təhlükəsizlik təminatları üzrə danışıqların başlandığını təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə Amerika Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Bu gün Dövlət Departamentinin, ABŞ Müdafiə Nazirliyinin və Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndələri uzunmüddətli təhlükəsizlik təminatına dair ikitərəfli danışıqlara başlamaq üçün ukraynalı həmkarları ilə görüşüblər", - ABŞ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak Ukrayna və ABŞ-ın Kiyevə təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı danışıqlara başladığını açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru