Tramp həbs olunarsa, respublikaçılar ona səs verməyəcək

4-08-2023, 14:13           
Tramp həbs olunarsa, respublikaçılar ona səs verməyəcək
Respublikaçıların əksəriyyəti Donald Trampın 2021-ci ilin yanvarında Vaşinqtonda Kapitoliya binasına baş verən iğtişaşlara görə həbs olunacağı təqdirdə qarşıdan gələn 2024-cü il prezident seçkilərində ona səs verməyəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə müvafiq məlumatları "Ipsos"un sosioloji araşdırmalarına istinadən "Reuters" yayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 52%-i Trampın “həbsxanaya düşəcəyi təqdirdə ona səs verməyəcəklərini”, 28%-i isə onun namizədliyini dəstəkləyəcəyini bildirib. Tədqiqat həmçinin qeyd edir ki, əgər Tramp barədə cinayət təsdiq edilərsə, məhkəmə heyəti tərəfindən onun məhkum edilməsinə qərar verilərsə, bu halda respublikaçıların 45%-i ona səs verməyəcək.

Eyni zamanda, Respublikaçılar Partiyasının rəyi soruşulan tərəfdarlarının 75%-i Trampa qarşı ittihamların “siyasi motivli” olması ilə razılaşıb. "Reuters"in məlumatına görə, respublikaçıların təxminən üçdə ikisi də iddiaları “inanılmaz” hesab edir.

Sorğu mindən çox insan arasında keçirilib. Səhv marjası 4 faiz bəndi idi.

Bir müddət əvvəl eks-prezident tərəfdarlarına müraciətində bildirmişdi ki, onu cinayət işi üzrə ümumilikdə 561 il həbs gözləyir. Tramp hamını Amerikanın tiranlığa sürüklənməsinə qarşı onunla birgə sülh yolu ilə ayağa qalxmağa çağırıb və ABŞ-da siyasi çıxışlarda adi hal olan seçki kampaniyasında tərəfdarlarından ianə etmələrini istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru