Rusiya hərbi xərclərini iki dəfə artırır - Kreml müharibəyə ayda 720 milyard xərcləyir

5-08-2023, 00:08           
Rusiya hərbi xərclərini iki dəfə artırır -
Rusiya 2023-cü il üçün hədəf müdafiə xərclərini iki dəfə artıraraq bütün dövlət xərclərinin üçdə birini -100 milyard dollara çatdırıb.

“Röyters” xəbər verir ki, Rusiya təkcə 2023-cü ilin birinci yarısında müdafiəyə 12 faiz və ya 600 milyard rubl xərcləyib ki, bu da əvvəlcə planlaşdırdığı 4,98 trilyon rubldan (54 milyard dollar) çoxdur.

Sənədə görə, 2023-cü ilin ilk altı ayında müdafiə xərcləri 5,59 trilyon rubl təşkil edib ki, bu da adıəkilən dövrdə xərclənən 14,97 trilyon rublun 37,3 faizidir. Rusiyanın büdcə planında “Milli Müdafiə”yə xərclənən ümumi vəsaitin 17,1 faizi nəzərdə tutulub.

Hesabatda qeyd olunur ki, artan hərbi xərclər Rusiyanın sənaye istehsalı ilə gücləndirilmiş iqtisadiyyatın bərpasını dəstəkləyir, lakin artıq ixrac gəlirlərinin azalması ilə daha da kəskinləşən təxminən 28 milyard dollarlıq maliyyə çatışmazlığına gətirib çıxarıb. Ukraynanın tammiqyaslı işğalı səbəbindən müdafiə xərclərinin artması kəsiri daha da genişləndirə, istehsal artımı isə digər sektorları əhatə edə və özəl investisiyaları sıxışdıra bilər.

“Röyters”in sənədə əsaslanan hesablamaları göstərir ki, Rusiya bütövlükdə 2023-cü il üçün ilkin olaraq planlaşdırılan bütün büdcə xərclərinin ilk altı ayında müdafiəyə 19,2 faiz xərcləyib.

İctimaiyyətə ən son açıqlanan məlumatlara görə, Moskva yanvar və fevral aylarında orduya 2 trilyon rubl xərcləyib. Bu ilin birinci yarısında büdcə xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,44 trilyon rubl çoxdur. Sənədə əsasən, bu əlavə vəsaitin 97,1 faizi müdafiə sektoruna yönəldilib.

Hesabata görə, illik müdafiə xərcləri üçün 9,7 trilyon rubl, 29,05 trilyon rublluq ümumi xərc hədəfinin üçdə birini təşkil edən yeni hesablama təqdim edir ki, bu da ən azı on ildə ən yüksək paydır.

2011-2022-ci illər arasında Rusiya büdcəsinin minimum 13,9 faizini, maksimum 23 faizini müdafiəyə xərcləyib. Sənədə əsasən, Rusiya yeni illik müdafiə büdcəsinin 57,4 faizini artıq xərcləyib.

Rusiya baş nazirinin müavini Denis Manturovun sözlərinə görə, müdafiə sənayesi hər ay 2022-ci ildəkindən daha çox sursat istehsal edir.

Xatırladaq ki, maliyyəçi Bill Brauder 2022-ci ilin avqustunda iddia edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə xərcləməli olduğu pulun 80 faizi rəsmilər tərəfindən oğurlanıb.

Ukrayna ilə müharibəyə atılan ordunun maliyyələşdirilməsinə Rusiya büdcəsinin xərcləri mayın əvvəlində 3 trilyon dolları ötüb. Maliyyə Nazirliyinin məlumatına görə, 15 may tarixindən etibarən təkcə “Milli Müdafiə” bölməsində açıq maddələr üzrə Rusiya büdcəsindən 789,8 milyard rubl xərclənib. Bu məbləğə gizli xərcləri də əlavə etdikdə bəlli olur ki, 3 trilyon rubl, onun 80 faizi (2,4 trilyon rubl) orduya gedir.

Hər ay hərbi əməliyyatlar Rusiya Federasiyasının büdcəsinə orta hesabla 720 milyard rubla başa gəlir. Hər gün hərbi maşın təxminən 30 milyard rubl “yeyir”. //Reyting.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.