Tramp yeni ittihamlar fonunda siyasi təqiblərə məruz qaldığını iddia edir

5-08-2023, 11:08           
Tramp yeni ittihamlar fonunda siyasi təqiblərə məruz qaldığını iddia edir
Federal münsiflər məhkəməsi çərşənbə axşamı ABŞ-ın keçmiş prezidenti Donald Trampı hakimiyyətdə qalmaq məqsədilə 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdində ittiham edib. Bu son ittihamlarla 2024-cü ildə Ağ Evə qayıtmaqda məramlı olan Trampın hüquqi problemləri artır. Lakin ona qarşı çoxsaylı ittihamlara baxmayaraq, Tramp prezidentliyə digər respublikaçı iddiaçıları üstələyərək, bəzi rəqiblərinin dəstəyini alır.

Donald Tramp. Onu ya sevir və ya ona nifrət edirlər. Bir çox amerikalı üçün görünür orta bir mövqe yoxdur.

Keçmiş prezident ittihamların siyasi motivli olduğunu iddia edərək, ciddi federal ittihamları özü üçün siyasi üstünlüyünə çevirib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp:

“Bunlar gülünc ittihamnamələrdir və onların etdikləri yalnız seçkilərə kütləvi müdaxiləyə ümid etməkdən ibarətdir. Onların etmək istədiyi yeganə şey budur. Onlar aparıcı namizədə zərər vermək istəyirlər.”

Hər yeni ittihamla o, sorğularda üstünlük əldə edərək, Respublikaçılar partiyasından namizədlər arasında yarışda liderlik qazanır.

Təəccüblüdür ki, Trampın prezidentlik uğrunda yarışda ən ciddi rəqibi hesab edilən Florida qubernatoru Ron DeSantis də daxil olmaqla, bir çox rəqibləri onunla razılaşdıqlarını deyirlər.

Konqresdəki bəzi nüfuzlu Respublikaçılar kimi.

Nümayəndələr Palatasının spikeri Kevin Makkarti:

“Belə görünür ki, onlar [Ədliyyə Nazirliyi] prezidentlə seçkilərdə rəqabət aparan hər kəsi təqib edirlər və əgər siz sorğuılarda irəliləsəniz, ittiham olunma ehtimalınız daha yüksəkdir.”

Digərləri isə qəzəblərini Trampın 2020-ci il seçkilərində məğlub olduqdan sonra hakimiyyətdə qalmaq cəhdləri ilə bağlı çərşənbə axşamı ittiham olunması ilə nəticələnən təhqiqata rəhbərlik edən xüsusi prokuror Cek Smitə yönəldirlər.

Respublikaçı nümayəndə Marcori Teylor Qrin:

“Cek Smitin etdiyi şey hökumətdən silah kimi istifadədir və o, prezident Tramp və 6 yanvar haqqında tamamilə yalan danışaraq, Ədliyyə Nazirliyindən prezident Trampa qarşı silah kimi istifadə edir.”

Texas Universitetinin tarix professoru Ceremi Suri deyir ki, bu dəstək namizədin şəxsi maraqlarına uyğun ola bilər. O, Austin şəhərindən Amerikanın Səsi ilə danışıb.

“Trampın digər Respublikaçı namizədlərdən və digər Respublikaçı vəzifə sahiblərindən aldığı dəstək Respublikaçıların praymeriz sisteminin qarışıq bir sistem olmasından irəli gəlir. Bu, praymerizlərdə iştirak edən, bəzən kokuslara, bəzən də praymerizlərdə səsverməyə gələn, lakin partiyanı təmsil etməyən respublikaçıların kiçik bir qrupundan ibarət sistemdir. Amma onlar partiyanın namizədinin kimin olacağını müəyyən edən praymerizlərdə əsas səsləri təmin edirlər”, Ceremi Suri bildirib.

Ağ Ev dəfələrlə Trampın hüquqi problemlərində heç bir rolunun olmadığını bildirib.

Bu vəziyyət Baydenin günahı üzündən yaranmasa da, amma bir problemdir. Professor Suri bildirir ki, prezident üç şeyi etməlidir: Birincisi, insanların səsvermə hüququnu qorumaq. İkincisi, ədliyyə sisteminin öz işini görə bildiyini təmin etmək və üçüncüsü:

“Bayden ictimaiyyəti maarifləndirməlidir”, Ceremi Suri deyir.

Amerikada səsverməyə qədər onun bunu etmək üçün bir ildən çox vaxtı var.

amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.