Rusiya Qara dənizdəki 6 limanı təhlükəli hərbi zona elan edib – Vəziyyət gərginləşir

6-08-2023, 12:04           
Rusiya Qara dənizdəki 6 limanı təhlükəli hərbi zona elan edib – Vəziyyət gərginləşir
Kiyev Rusiyanın Qara dənizdəki 6 limanının sularını hərbi təhlükə zonası elan edib.

”AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin bölməsi olan Dövlət Hidroqrafiya məlumat yayıb. Söhbət Anapa, Gelencik, Novorossiysk, Tuapse, Soçi və Taman limanlarından gedir.

Xəbərdarlıq avqustun 4-də dərc olunub. Növbəti ləğv edilənə qədər qüvvədə qalacaq. Başqa təfərrüatlar yoxdur.

Rusiyanın iyulun 17-də taxıl sazişindən çıxmasından sonra Qara dənizdə vəziyyət gərginləşib. Bundan qısa müddət sonra Moskva Ukrayna limanlarına gedən bütün gəmiləri hərbi hədəf kimi elan edib.

Buna cavab olaraq Ukrayna Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya limanlarına və Ukraynanın Kiyevin nəzarətində olmayan limanlarına hərbi yük daşıyan bütün gəmiləri nəzərdən keçirəcək.

Avqustun 4-nə keçən gecə dəniz qüvvələrinə məxsus pilotsuz təyyarələrin Novorossiyskdəki bazaya hücumu nəticəsində Rusiyanın “Oleneqorski miner” gəmisi zədələnib. Avqustun 4-ü axşam saatlarında dəniz pilotsuz təyyarələri Kerç boğazında SIG tankerinə hücum edib.

Ukrayna media mənbələrinin məlumatına görə, hücumları Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib, lakin onun rəhbəri Vasili Malyuk bunu birbaşa təsdiqləməyib. O, Rusiya gəmilərində və Krım körpüsündə baş verən partlayışları düşmənə qarşı məntiqli və təsirli addım adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.