Qarabağın “xuxusu”

7-08-2023, 08:14           
Qarabağın “xuxusu”
Uşaq vaxtı valideynlərimiz bizi “xuxu” ilə qoxudub özlərinə tabe etdirirdilər. Uşaq idik, qanmırdıq, qorxurduq və dərhal valideynlərimizin himayəsinə sığınırdıq.
İndi eyni metoddan erməni təbliğatçıları Qarabağ sakinlərinə qarşı istifadə edirlər. Ermənilərin “xuxu”su isə bizik – dünyanın ən nəcib xalqı olan azərbaycanlılar.
Erməni “müstəqil eksperti” Sergey Şakaryants mətbuat açıqlamasında deyib ki, Ağdam-Xankəndi yolu açılan kimi Azərbaycan Qarabağda kişi qoymayacaq. Hamısını birdən toplayıb, əsir düşərgəsinə göndərəcək. Nəticədə Qarabağ erməni qadınlarının cənnəti halına gələcək. Səbəbini isə belə açıqlayıb:
“Onların (Ermənistan və Qarabağ hökumətlərinin) məqsədi “Artsax”da qalan erməniləri “Azərbaycan vətəndaşları” kateqoriyasına salmaqdır. Yəni Berdzordan heç nə keçmir, Ağdamı açmalıyıq. Amma bundan sonra “Artsax”da erməni qalmayacaq.
Mən zəmanət verirəm ki, bu baş verərsə, “Artsax”ın kişi əhalisinin ən azı 80%-i Bakı tərəfindən həbs edilərək düşərgələrə göndəriləcək, yalnız Azərbaycana qarşı müharibədə iştirak etdiklərinə görə. Əlil əhalinin 10-20%-i qalacaq ki, bu da dünya ictimaiyyətinə mal-qara kimi göstəriləcək: “Baxın, burada ermənilər dinc şəraitdə yaşayırlar”, - deyə”.
Heyder Oguz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.