Yermak Sallivanla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib

7-08-2023, 11:24           
Yermak Sallivanla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşündə ölkəsinin müdafiə ehtiyaclarını, xüsusən də liman infrastrukturunu qorumaq üçün hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib.

"İnterfaks Ukrayna" xəbər verir ki, danışıqlar avqustun 5-6-da Ciddədə keçirilən Ukrayna sülh formulunun həyata keçirilməsinə dair görüş çərçivəsində baş tutub.

Tərəflər sülh formulunun həyata keçirilməsi və Qlobal Sülh Sammitinə hazırlıq kontekstində birgə fəaliyyət barədə razılığa gəliblər. NATO-nun Vilnüs sammitinin yekunları və Ukraynanın alyansa inteqrasiyası istiqamətində gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Yermak Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sazişin bağlanması üçün ABŞ-la danışıqların başlanmasını müsbət qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru