Dünyada az ölkə tapılar ki, belə deputatı olsun - Replika

7-08-2023, 11:56           
Dünyada az ölkə tapılar ki, belə deputatı olsun - Replika
”İki gün öncə “bütün” Qafqazın şeyxinin deputat qardaşı dedi ki, siyasi məhbusla adam öldürən meyxanaçını eyni tutmaq olmaz. Bu adamın çürük təfəkkürünə görə siyasi məhbus nəsə xoşagəlməz varlıqdır”.

TEREF.AZ Gununsesi.info-ya istinadla bildirir ki, bunu sabiq siyasi məhbus Anar Məmmədli QMİ sədri Hacı Allahşükür Paşaazadənin deputat qardaşı Cavanşir Paşazadənin “adam öldürəni bağışlamaq olar, siyasi məhbusları yox” fikrinə münasibətində deyib:

Anar Məmmədlinin sözlərinə görə, dünyada az ölkə tapılar ki, belə deputatı olsun:

”Çünki siyasi ləyaqət hissinin aparıcı olduğu ölkələrdə bu cür deputatların olduğu parlament mürtəce bir institut sayılar, insanlar onun fəaliyyətinə ya imkan verməz, ya da onu mötəbər saymazlar.

Uzağa getməyək. Gürcüstandan bir misal verim.
Ölümündən bir ay əvvəl Vaxtanq Kikabidze Mixael Saakaşviliyə həbsxanada baş çəkdi. Onunla söhbətləşdi, qulağına nəsə dedi və öpüb getdi. Buba bəlkə də ondan aclığı dayandırmaq üçün xahişə gəlmişdi. Yaxud onunla vidalaşmaq istəyirdi. Amma ortada iki möhtəşəm fakt var – səmimi görüntülər və Bubanın dustaq Mişa ilə görüşmək istəyi.

Siz son 30 ildə həbsxanada saxlanılan hansı siyasi məhbusla Buba kimi şöhrətli bir azərbaycanlının görüşünü xatırlayırsız? Sovet dövründə populyarlaşan, ömrünün son günlərini yaşayan elə bir azərbaycanlı Buba tanıyırsızmı ki, hansısa siyasi məhbusa görə hakimiyyəti tənqid eləsin, aclıq edən məhbusla görüşmək istəsin və buna nail olsun”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.