Reallığı anlayan Araik Arutunyan çıxılmaz vəziyyətdədir...

8-08-2023, 00:12           
Reallığı anlayan Araik Arutunyan çıxılmaz vəziyyətdədir...
Erməni separatçılarının lideri Araik Arutunyan Azərbaycanın düşməni olsa da, son müsahibəsində hazırki reallıqları anladığı aydınlaşır. Bəli, onun da dediyi kimi Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni Azərbaycanın qanunlarına tabe etdirməkdir. Bunun üçün bütün imkanlardan istifadə edilir və ediləcək. Separatçıların ümid etdikləri 9 noyabr 2020-ci il bəyanatı Azərbaycanı durduracaq gücdə deyil. Rusiya Ukraynada bataqlığın içərisindədir. Arutunyan bunu da anlayıb. Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərbdən əlini üzüb. Bu Azərbaycanın separatçılara qarşı təzyiq siyasətini artırmasının doğru olduğunu göstərir.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.