"ölkədə idarəetmə sistemi dəyişməlidir" - Ekspert

8-08-2023, 08:14           
"ölkədə idarəetmə sistemi dəyişməlidir" - Ekspert
Prezident İlham Əliyev Qazax şəhərinə səfərə gedib, su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və yenidən qurulan yerli əhəmiyyətli Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib.
Deyəcəksiz ki, nə var burda, nədən bu mövzuya toxunuram - deyim də: Qazax şəhərinin su-kanalizasiya məsələsi, yerli əhəmiyyətli kənd yolları ilə Qazaxın birbaşa seçilmiş Meri məşğul olmalıdır, Böyük Şəhər Bələdiyyəsi yaranmalıdır.
Prezident Dövlət başçısıdır, amma həm də Bələdiyyə işləri ilə məşğul olur - bu doğru deyil. Biz illərdir, "ölkədə idarəetmə sistemi dəyişməlidir" deyəndə həm də bunu nəzərdə tuturuq.
Mərkəzi hökumət və dövlət institutları qlobal məsələlərlə məşğul olmalıdırlar, seçilmiş yerli özünüidarə institutları isə lokal problemləri həll etməlidirlər. Prezident bizdə həm dövlət, həm hökumət başçısıdır, həm məhkəmə hakimiyyətinə hakim təyin edəndir, həm də bələdiyyələrin rəhbəridir - olmur belə.
Prezident hətta özünün təyin etdikləri məmurları tənqid edərək hərdən "müxalifət" funksiyasını da öz əlinə almaq istəyir - belə sistem olmaz, yürüməz, necə ki, effektiv yürümür...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.