Azərbaycan Ülkü Ocaqları bəyanatla çıxış etdi - MƏTN

7-08-2023, 21:31           
Azərbaycan Ülkü Ocaqları bəyanatla çıxış etdi - MƏTN
Mətbuat Açıqlaması
Özünə millətçi deyən bəzi şəxslər son günlərdə bəzi sosial media orqanlarında və internet televiziya proqramlarında Türkiyə səfirliyini, Azərbaycan’da yaşayan tələbələri, iş adamlarını və ülkücüləri hədəf alanlar bəzi hədsizliklər törətmişlərdir. Ülkücüləri HDP ilə yaxın əlaqədə görənlər, eyni tərəzi gözündə dəyərləndirən bu utanmazlar, Türkiyə’də HDP’nin propaqandasını edən KRT’nin proqramlarına qatıldıqlarını çox tez unutmuşlardır.
Bəzi Türk firmalarının sahiblərinin Türkiyə Səfirliyi tərəfindən himayə edildiyini və bu firmaların FETO’cu olduğunu önə sürən bu şəxs, öz evində o firmanın mebellərindən istifadə etməkdə, uşaqları isə sözü keçən Türk kafelərindən çıxmamaqdadırlar. Bu hadisə belə iddialarının nə qədər çürük, isbatsız və qaralama məqsədi daşıdığını göstərməktədir.
Türkiyə və Azərbaycan qardaşlığını hədəf alan bu şəxs, Turan və Milliyətçilik kəlimələrini dilinə dolayaraq bozqunculuq etməkdən başqa bir şey etmir. Rəhmətli Elçibəy və Başbuğumuz Alparslan Türkeş ilə olan bir şəkilin sayəsində “ac eşşək qatırdan tez gedər” misalı olaraq cibini doldurmaya çalışan bir qaçaq satıcıdan fərqi yoxdur. Məlum olan budur ki, cibi boşalan bu qanunsuz satıcının yeni hədəfi ülkücülərdir.
Ülkücüləri hədəf alan, Ülkücülərin düşmənlərini özünə dost edən, milliyətçilərin mirasını atasının malı kimi istifadə etməyə həvəslənən bu şəxslərin Türk Milliyətçiləri və Ülkücülərlə heçbir bağ və bağlantısı yoxdur. Bunlar Qarabağ zəfərinə kölgə salmağa çalışan, Türkiyə və Azərbaycan əlaqələrini pozmaq üçün kiralanmış alma qurdlarıdırlar.
Bu şəxslərin tərəfi Ermənistan, fikir yoldaşları da Türkiyə və Azərbaycan düşmənləri olmuşdur. Türkiyə’nin Qarabağ’a “təəsüf” əsgər göndərdiyini söyləyən zehniyətin, CHP adlı partiyanın mediasına utanmadan çıxanların bizlərə öyrədəcəyi bir milliyətçilik yoxdur.
Suyu bulandırmaq istəyən, bir millət iki dövlət ülkümüzə zərər verməyə çalışan bu şəxslərin bizim nəzdimizdə əsla hökmü yoxdur. FETO’nun aparatı halına gəlmiş, PKK sevərlərin kanallarında boy göstərən bu ayrıq otlarının yeri sadəcə və sadəcə dəlixanalardır.
Türk dövləti, terror örgütləri ilə hər hansı zəmində və necə mübarizə edəcəyini çox yaxşı bilməkdədir. Nə Türk səfirliyinin nə Türk işadamlarının nə də Ülkücülərin ağlı geridə olanların ağlına ehtiyacı yoxdur. Türkiyə və Azərbaycan qardaşlığını pozmaq üçün fürsət gözləyən, ülkücüləri yıpratmağa çalışan, dili var deyə ağzına gələni danışanlar, əvvəl öz yaxınlıqlarındakı FETO izinə və xidmət ettikləri HDP cığırına baxmalıdırlar.
Bugünə qədər Türkiyə və Azərbaycan arasında körpü olan həm tələbələrimiz həm dəyərli iş adamlarımız həm də ülkücü gəncliyə dil uzadanların iftiralarına boyun əyməyəcəyimiz kimi, lazımı cavabı da hər daim misli ilə verəcəyik. Qardaşlığımıza xələl gətirmək istəyənlər bilsinlər ki, hər zaman və hər daim qarşılarında Türk milliyətçilərini görəcəklər.
Qardaş ölkəmiz, Turan coğrafiyamız, Can Azərbaycan; Türk milliyətçiləri üçün hər daim əbədi və doğmadır. Acısı acımız kədəri kədərimizdir. Qövm qardaşlarımızın olduğu bu coğrafiyada Türk milliyətçiləri, hər daim budağından qopan yarpaq misalı rüzgarın təyin etdiyi yöndə deyil, təşkilatımızın əmrində və Liderimiz Cənab Devlet Bahçeli’nin izindədir.
Azərbaycan Ülkü Ocaqları Başqanı
Hakan SEYHAN












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.