Çinlə Rusiya arasında diplomatik qalmaqal: Pekin Moskvadan üz döndərir?

8-08-2023, 08:09           
Çinlə Rusiya arasında diplomatik qalmaqal:
Bu yaxınlarda Moskva və Pekin arasında Rusiya sərhədçilərinin Çin vətəndaşlarına qarşı kobudluğu ilə bağlı yaranmış diplomatik qalmaqal iki ölkə arasında münasibətlərdə soyuqluğun başlanğıcı kimi qəbul edilməməlidir.

Editor.az bildirir ki, bu barədə Amerikanın “Bloomberg” nəşri yazıb. Nəşrin müəllifləri qeyd edirlər ki, Qazaxıstan-Rusiya sərhədində çinli səyahətçilərlə baş verən insident Çində müəyyən reaksiya alıb və Pekini sərt diplomatik bəyanatla çıxış etməyə məcbur edib. Lakin ton son dərəcə sərt olsa da, bu, Pekində [siyasətdə] daha geniş dəyişikliyin göstəricisi ola bilməz.

Pekindəki “Çin və Qloballaşma Mərkəzinin tədqiqat qrupu”nun təsisçisi Henri Vanq Huiyaonun sözlərinə görə, hadisə dünyaya Çin və Rusiya arasındakı münasibətlərin Qərbdə bir çoxlarının düşündüyündən daha laylı və mürəkkəb olduğunu göstərir. “Çin Rusiya ilə yaxşı münasibətlər saxlamalıdır. Lakin bu, o demək deyil ki, onlar Rusiyanın etdiyi hər şeyi bəyənirlər”.

Çinin Putindən əsəbiləşmək üçün bir neçə səbəbi var. Məsələn, onun “taxıl sazişi”ndən çıxmaq qərarı qlobal ərzaq bazarında Çinə də təsir edən problemlərə gətirib çıxarıb. Sinqapurdakı “S. Rajaratnam Beynəlxalq Araşdırmalar Məktəbi”nin baş elmi işçisi Raffaello Pantucci deyir ki, bu problemin yalnız bir hissəsidir. “Əsas məsələ münaqişənin uzunmüddətli xarakterinin gözlənilməzliyi olaraq qalır.

Müharibə dünyada sabitliyi pozur və bu, Pekinin nöqteyi-nəzərindən pisdir”, – o, deyib. Eyni zamanda, Si Çinpin Rusiyaya zərbə endirməkdən qorxmur – xüsusən də onun hərəkətləri Çinin daxili mövqeyini təhdid edə və ya onu zəiflədə bilərsə. Sərhəd hadisəsinə sosial mediada Çinin reaksiyası göstərdi ki, ümumi əhali Rusiyanın dəstəyinə şübhə ilə yanaşır. Xüsusilə buna görə Qərblə münasibətlərdə yaranan problemləri nəzərə alsaq.

//Samir Qurbanov, Editor.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.