Kerridən İlham Əliyevə zəng

1-07-2016, 10:15           
Kerridən İlham Əliyevə zəng
ABŞ dövlət katibi Con Kerri Ermənistan və Azərbaycan prezidentləri ilə apardığı telefon danışıqları zamanı tərəfləri Dağlıq Qarabağ zonasında vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.
Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin məlumatında bildirilir. “Kerri son həftələrdə təmas xətti boyu atəşkəs rejiminə əməl edildiyini müsbət hal olduğunu qeyd edib və prezidentləri sülh prosesinin irəliləməsi üçün vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb”, – deyə məlumatda bildirilir. Dövlət katibi həmçinin ABŞ-ın münaqişənin hərtərəfli həllinə dəstək verməyə hazır olduğunu təsdiqləyib və prezidentləri ATƏT Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları davam etdirməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru