Keçmiş diplomatın müharibə əleyhinə yazdığına görə həbs olunduğu deyilir

22-09-2023, 11:25           
Keçmiş diplomatın müharibə əleyhinə yazdığına görə həbs olunduğu deyilir
Sentyabrın 20-də Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfirliyində və başqa təşkilatlarda çalışmış keçmiş diplomat Emin İbrahimovun inzibati qaydada həbs olunduğu deyilir. Bu barədə vəkil Aqil Layıc məlumat verib.

Vəkil bildirib ki, keçmiş diplomata 30 gün inzibati həbs cəzası verilib. Məlumata görə o, müharibənin "Rusiyanın əlinə oynayan siyasət" olduğunu yazıb.

"Elə hey deyirlər ki, əsas nəticədir. Hər şey insana xidmət etməlidir. İrticanı gücləndirən, korrupsionerlərə qol-qanad verən, tərəqqini bloklayan, Rusiyanın əlinə oynayan siyasət necə yaxşı nəticə ola bilər ki? Mahiyyət odur ki, kölə oldunsa, həmişə ağanı haqlı çıxarmağa məcbursan. Əks halda, azad olmağa çalışmalısan. Kölələr isə həmişə azadlıqdan qorxurlar. Onlara daim öz köləliklərinə don geydirmək lazımdır" - deyə, keçmiş diplamat öz paylaşımında bildirib.
Sentyabrın 20-də ictimai fəal Nemət Abbasov və Əmrah Təhməzovun da müharibə əleyhinə paylaşımlar etdiyinə görə həbs olunduğu bildirilir. Onların hər birinə 30 sutka inzibati həbs cəzası verilib.
Bundan əlavə, müharibəyə qarşı olan ictimai fəal Cavid Əhmədov da Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb, orada 4 saata yaxın dindirilib.

Sentyabrın 13-də jurnalist Nurlan Qəhrəmanlı (Libre) də Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. Nurlan Qəhrəmanlı bildirib ki, o, DTX-da müharibə əleyhinə paylaşımlarına görə zorlama ilə təhdid olunub.

İddialarla bağlı DTX-dan mövqe almaq mümkün olmayıb.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.