Ayk Xanumyan: “Sentyabrın 7-də Xankəndidəkilər azərbaycanlılardan ultimatum alıblar...”

24-09-2023, 10:01           
Ayk Xanumyan: “Sentyabrın 7-də Xankəndidəkilər azərbaycanlılardan ultimatum alıblar...”
“Sentyabrın 7-də Xankəndidəkilər azərbaycanlılardan ultimatum alıblar ki, əgər “prezident” seçilsə (yəni Samvel Şahramanyan “prezident” olsa), hərbi əməliyyat keçiriləcək”.

Cebhe.info xəbər verir ki, bunu separatçı rejimin keçmiş “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan öz “Facebook” səhifəsində yazıb.

“Mən fəlakətin səbəbkarları arasında Arkadi Qukasyanın, Bako Saakyanın və ya Araik Arutyunyanın adlarını çəkəndə, bunu əvvəlkilərin məntiqi ilə etmirəm. “Prezidentlər” bilavasitə Rusiyanın təsiri altında olarkən bu fəlakətə nail olmaq üçün addımlar atdılar və Moskvanın nəzarətində olan, Azərbaycanla danışa bilməyən, rusların sifarişi ilə hərəkət edən, “Müdafiə Ordusunu” darmadağın edənlər “hakimiyyətə” gəldilər. Məhz bu insanlar “Təhlükəsizlik Şurasının dövlətçiliyin (separatçı və terrorçu rejimi nəzərdə tutur-red.) ləğvi ilə bağlı mətni qəbul edən iclasında iştirak etdilər.

Eyni zamanda, onlar azərbaycanlılardan ultimatum alıblar ki, “prezident” seçkiləri olacağı təqdirdə hərbi əməliyyat keçiriləcək”, - Xanumyan qeyd edib.

Xatırladaq ki, Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrinin davamlı olaraq həyata keçirdiyi terrora cavab olaraq 21 sentyabrda lokal xarakterli antiterror tədbirləri keçirib. Nəticədə erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.