“Daha çox silah tədarükü Ukrayna üçün sülhə aparan yoldur” - Stoltenberq

30-09-2023, 15:56           
“Daha çox silah tədarükü Ukrayna üçün sülhə aparan yoldur” - Stoltenberq
“Daha çox silah tədarükü Ukrayna üçün sülhə aparan yoldur”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə keçirilən birinci Müdafiə Sənayesi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Ukraynanın daha çox silaha ehtiyacı var: “Çünki Kiyev döyüş meydanında nə qədər güclü olsa, danışıqlar masasındakı mövqeyi də bir o qədər möhkəm olacaq”.

Y.Stoltenberqin sözlərinə görə, Ukraynanın yüksək keyfiyyətli silahlara ehtiyacı var. Ukrayna müdafiə sənayesi sahəsində ildırım sürəti ilə yenilik edir.

Qeyd edək ki, Kiyevdə keçirilən Müdafiə Sənayesi Forumunda dünyanın 30-dan çox ölkəsindən 252 şirkət iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru