Borrel: “Qəzzadakı xəstəxanaya hücumda günahkar olanlar məsuliyyətə cəlb edilməlidirlər” - FOTO

18-10-2023, 09:36           
Borrel: “Qəzzadakı xəstəxanaya hücumda günahkar olanlar məsuliyyətə cəlb edilməlidirlər” - FOTO
Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Qəzzada xəstəxanaya edilən hücumu dəhşətli cinayət adlandırıb və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırıb.

“Qəzzada xəstəxanadan gələn xəbərlər son günlər gözümüzün qarşısında baş verən faciəyə daha bir dəhşət əlavə edir. Yenə də günahsız dinc sakinlər bunun üçün çox yüksək bədəl ödəyirlər. Bu dəhşətli cinayətdə günahkar olanlar dəqiq müəyyən edilməli və məsuliyyətə cəlb edilməlidirlər”, - deyə Borrel “X” sosial şəbəkə hesabında (keçmiş “Twitter”) yazıb.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bu cinayəti şərh etməkdən imtina etmişdi.
Öz növbəsində, Avropa Şurasının Prezidenti Şarl Mişel mətbuat konfransında mülki infrastruktura vurulan zərbələrin humanitar standartlara uyğun olmadığını deyib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru