İsrail ordusundan Qəzza sakinlərinə növbəti - Çağırış

18-10-2023, 10:35           
İsrail ordusundan Qəzza sakinlərinə növbəti - Çağırış
İsrailin Müdafiə ordusu yenidən Qəzza zolağının şimal bölgələrində və Qəzza şəhərində yaşayan sakinləri anklavın cənubuna getməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu “X” hesabında paylaşıb.

Sözügedən ərazilərin sakinlərindən Əl-Muvasi bölgəsinə təxliyyə olunmaq istənilib.

Xatırladaq ki, İsrailin Müdafiə ordusu oktyabrın 13-ü analoji çağırış edib. Bildirilib ki, Qəzzanın mülki əhalisini xilas etmək üçün fələstinlilərin Qəzza zolağının cənubuna təxliyə olunması mütləqdir. HƏMAS qruplaşması isə sakinləri İsrailin tövsiyələrinə qulaq asmamağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru