Xocalı qatili "şizofreniya"krizinə girdi: "Qarabağın yenidən ermənilərin olması şansı var"

18-10-2023, 10:51           
Xocalı qatili "şizofreniya"krizinə girdi:
“Kimdənsə istəməklə, o gəlib sülh və ya ərazi bütövlüyü təmin etməyəcək”.

Adalet.az xəbər verir ki, Ermənistanın üçüncü prezidenti, Xocalı qatili Serj Sarkisyan bunu jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan demokratiyadan xəbəri olmayan bir ölkədir:"Dövlətin bir nömrəli problemi öz vətəndaşlarının təhlükəsizliyi, ərazi bütövlüyünün təmin edilməsi olub və qalacaq. Bütün bunlar demokratiya və ümumilikdə bütün formatlarla mümkündür. Demokratiya ən yaxşı formadır, amma sizcə Ermənistanda demokratiya varmı?
Demokratiya belədirsə, heç kimə lazım deyil. Əgər bu gün 20-dən çox siyasi məhbus varsa, soydaşlarımızın bir hissəsi, 150 min nəfəri oradan sadəcə olaraq deportasiya edilibsə, o zaman hansı demokratiyadan danışırıq”, - deyə Sarkisyan bildirib.

Avantüris və separatçı Sarkisyan yeni münaqişə yaratmaq üçün xeyli çərənləyib. Qarabağdakı qondarma rejimin rəhbərliyinə qarşı oranı təslim etmələri ilə bağlı ittihamlara toxunan keçmiş prezident özünü təmizə çıxarmaq Baş nazir Nikol Paşinyanı hədəf göstərmək üçün belə cavab verib:“Bütün dünya Qarabağı kimin və necə təslim etdiyini deyir. Keçmiş prezidentlərin bununla nə əlaqəsi var? Təkcə Azərbaycan deyil, həm də Ermənistan hökuməti və keçmiş “Qarabağ hökuməti” Qarabağın öz müqəddəratını təyinetmə hüququnun reallığa çevrilməsinə qarşı mübarizə aparıblar”.
Danışdığı şər-böhtandan vəcdə gələn xəstə təxəyyüllü manyak Serj Sarkisyan onu da açıqlayıb ki, Qarabağ səhifəsi onun üçün bağlanmayıb, o, Qarabağın yenidən ermənilərin olması şanslarını görür.

P.S. Mən həmişə demişəm, bütün xəstəliklərin sağalma ehtimalı var, bir dənə ŞİZOFRENİYA xəstəliyindən başqa ...

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.