Baydendən şok açıqlama: “Mən İsraildə…”

19-10-2023, 09:54           
Baydendən şok açıqlama:
Oktyabrın 18-də İsrailə səfər edən ABŞ Prezidenti Co Bayden bu həftə Konqresdən Təl-Əvivə “görünməmiş yardım paketi” xahiş edəcəyini açıqlayıb.

Amerika liderinin çıxışından məlum oldu ki, İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini də lazım olan hər şeylə təmin etmək planlaşdırılır.

Cebhe.info xəbər verir ki, Bayden ABŞ-ın fələstinlilərə yardım göndərmək qərarından da danışıb. “ABŞ Qəzza zolağı və İordan çayının qərb sahilinə humanitar yardım üçün 100 milyon dollar ayırır. Bu vəsait 1 milyondan çox fələstinlini dəstəkləmək üçün gedəcək”, - deyə Bayden bildirib.

Bundan əlavə, Tel-Əvivdə İsrail hökuməti ilə görüşdən sonra Bayden gözlənilmədən İsraildə doğulduğu barədə açıqlama verib: “İsrail dövləti dünya yəhudilərinin təhlükəsizliyi üçün doğulub və mən də orada doğulmuşam”. Lakin ABŞ Prezidentinin rəsmi tərcümeyi-halında onun doğulduğu yer Pensilvaniya ştatının Skranton şəhəri göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru