"Qarabağ" dalğasında siyasətə gələn, o dalğada siyasətdə qalmağa çalışan...

19-10-2023, 10:44           
"Qarabağ" dalğasında siyasətə gələn, o dalğada siyasətdə qalmağa çalışan...
Bu 18 Oktyabr bir başqadır, daha qürurludur, daha əzəmətlidir, ərazi bütövlüyümüzü tam bərpa etmişik, əsas dərdimizi həll etmişik, önümüz açılıb - indi əsas məsələ müstəqilliyimizi hüquqi, ədalətli rifah dövləti institutları ilə taclandırmaqdır.
Bu işdə müxalif camiyanın üzərinə böyük iş düşür, bu günə qədər "Qarabağ" dalğasında siyasətə gələn, o dalğada siyasətdə qalmağa çalışan, 30 ildə siyasətin kitabını-dəftərini açıb öyrənməyənlər var. Onların bir çoxunu hökumət illərdər qəsdən reklam edib gündəmdə saxlayıb - çünki belə rahat "müxalifəti" istənilən iqtidar arzulayardı.
Hələ də öyrənmək, düşünmək istəmirlər - 2020-ci ildə Əliyev dedi ki, münaqişə bitdi, Ermənistan təslim oldu, bunlar dirəşdilər ki, "yox e, bəs hanı Xankəndi, Xocalı, Xocavənd?! Rus bizə onları verməyəcək, Əliyevə Xankəndinə getməyə icazə verməyəcək, Laçında sərhəd-keçid məntəqəsi qurulmayacaq" - Azərbaycan Dövləti Rusiyanı urvatsız edib, bölgədə zəiflədib post da qurdu, Xankəndinə Əliyev bayraq da asdı. Halbuki, hələ 2020-ci ilin noyabrında biz yol göstərdik, qələbə münasibəti ilə təbrik edib, dedik ki, əla, bu iş bitdi, gəlin indi daxili problemlərə yönələk. Amma o siyasətbilməzlər yenə "hanı, hanı, hanı", deyərək boş populizmlə məşğul oldular.
İndi Əliyev çıxıb dedi ki, Qarabağ məsələsi tam bitdi, tarixə qovuşdu - bu dəstə yenə ortalığa düşüb ki, yox e, bəs uruslar çıxmayıb, bu məsələni bizə Putin hədiyyə edib, biz bilmirik ona nə söz verilib və s. kimi zəvzəh-zəvzəh danışırlar.
Yenə yol göstərdik-göstəririk: Əliyevi, Dövləti təbrik edib bu səhifəni qapatmağa, ölkədə geniş, köklü islahatların təməlini atmağa çağırdıq. Prezident, "bu məsələ bitdi", deyir, biz 10 qat artıq bu fikri önə çəkməliyik ki, bəli, bitdi, Qarabağ boyda dərdimiz yoxdur, deməli artıq hüquqi rifah dövləti qurmaq zamanldır!
Biz çox vaxt haqlı çıxırıq, indi də tam haqlıyıq, öyrənmək istəyənlərə yol göstərməyə hazırıq, amma qabında heç nə olmayanlar, Qarabağ dalğasında gələnlər bilirlər ki, bu dalğa bitdi, çəkildi, çözüldüsə, onların içiboş ritorika ilə siyasətdə qalmaqları çətin işdir - bir ümidləri bu hökumətədir ki, bəlkə yenə onları reklam edib, gündəmdə saxlayıb ayaqda tutsunlar, zatən həmişə ən böyük dayaqları hökumət olub.
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.