Qərb öz əlilylə yazdığı beynəlxalq qayda-qanuna özü əməl etmir.

19-10-2023, 11:25           
Qərb öz əlilylə yazdığı beynəlxalq qayda-qanuna özü əməl etmir.
2014-cü ildə Rusiya Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Krımı ilhaq etdi. Əgər sabah Ukrayna Krımda antiterror əməliyyatı keçirsə və bu yarımadada yaşayan Rusiya vətəndaşları öz evlərini tərk edib Rusiyaya daşınsa, o zaman bütün dünya Kiyevi beynəlxalq səviyyədə tanınmış əraziləri geri qaytardığına görə qınayarmı? Əlbəttə, yox. Qərb Rusiyaya qarşı müharibədə Ukraynaya hər cür kömək edir. Belə isə nədən Qarabağı antiterror əməliyyatı yolu ilə azad edərək ərazi bütövlüyünü bərpa edən Azərbaycanın əməllərini süngü ilə qarşılayır? Siyasi icmalçı Hacı Namazov Qərbə belə bir sual ünvanlayır...
Ümumiyyətlə, Qərb bir çox məsələlərə münasibətdə həyasız şəkildə ikiüzlülük edir. Mən də bu barədə dəfələrlə yazmışam. Məsələn, Qərb Ukrayna, Moldova və Gürcüstanda Rusiyanın açıq şəkildə dəstək veridyi separatizmə qarşı kəskin mövqedən çıxış edir. Azərbaycanda isə separatizmə dəstək verir. Hələ orası da var ki, Qərb öz ərazisində mövcud olan bütün separatçı hərəkatlara qarşıdır. Qərbdə isə 300-dən çox separatçı hərəkat var. Ancaq Qərb Türkiyədə PKK düşüncəsinə bağlı kürd separatizminə qucaq açır...
Azərbaycanın erməni işğalı altında olan ərazilərini geri almaq üçün istifadə etdi Türkiyənin “Bayraktar TB2” dronlarını Qərb xorla söyürdü. Bu dornlar haqqında nifrətlə danışrdılar. Ancaq elə həmin Qərb Ukraynada Rusiyaya qarşı uğurla istifadə olunan “Bayraktar TB2” dronlarını həvəslə tərifləyirdi...
Bu dünya ona görə bugündədir ki, Qərb öz əlilylə yazdığı beynəlxalq qayda-qanuna özü əməl etmir. İşinə yarayanda o qanunlardan dördəlli yapışır, yaramayanda isə o qanunları heç vecinə də almır...
Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.