Ərəb Dünyası xəstəxanaya hücümda İsraili, İsrail isə "İslami Cihad"-ı suclayır...

19-10-2023, 12:04           
Ərəb Dünyası xəstəxanaya hücümda İsraili, İsrail isə "İslami Cihad"-ı suclayır...
Qəzada yerləşən Al-Ahli Baptist xəstəxanasına endirilmiş raket zərbəsi nəticəsində yüzlərlə (500-700 arası) fələstinli ölüb. Dünyada geniş rezonans doğuran bu hadisəyə görə bəşəriyyət İsraili ittiham edir. Hətta İsrailin ən alovlu dəstəkçisi olan ölkələr belə İsrailin xəstəxanaya hücumundan narazı qaldıqlarını gizlətmirlər. İsrail isə bu cinayətin İslami Cihad tərəfindən həyata keçirildiyini iddia edir.
Ərəb Dünyası isə bu cinayətə görə birmənalı şəkildə İsraili suçlayır. İş o yerə çatıb ki, ABŞ-ın yaxın Şərqdəki ən yaxın müttəfiqləri-İordaniya, Misir və Fələstin rəhbərliyi (Mahmud Abbas) Co Baydenlə görüşə 24 saat qalmış tədbirə qatılmaqdan imtina edib...
CNN onu da bildirir ki, bu gün Livan, İraq, İordaniya, İran, Türkiyə və Qərb Sahilində Al-Ahli Baptist xəstəxanasına İsrailin hücumunu pisləyənlər etiraz aksiyaları keçiriblər...
Müşahidəçilər onu da qeyd edir ki, İsrailin müdafiəçisi rolunda çıxış etdiyinə görə Amerikanın istənilən təklifi Müsəlman Dünyasında hiddətlə qarşılanır...
Elbeyi Hesenli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.