BMT Qəzzada xəstəxanaya zərbə endirilməsi ilə bağlı araşdırma aparacaq

19-10-2023, 08:30           
BMT Qəzzada xəstəxanaya zərbə endirilməsi ilə bağlı araşdırma aparacaq
“BMT Qəzza zolağında “Əl-Əhli” xəstəxanasına edilən hücumla bağlı öz araşdırmasını aparacaq”.

Bu barədə “CNN” telekanalına Ümumdünya Humanitar Məsələlər Təşkilatının baş katibinin müavini Martin Qriffits məlumat verib.

“BMT şübhəsiz ki, öz araşdırmasını aparmaq istəyəcək. Bunu çox tez bir zamanda etmək lazımdır”, - deyə o, bildirib.

Qriffits həmçinin əlavə edib ki, beynəlxalq humanitar hüquq mülki obyektlərə və mülki infrastruktura qarşı hava hücumlarını qadağan edir.

Qeyd edək ki, daha əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında danışıb. O bildirib ki, Rusiya “Əl-Əhli” xəstəxanasına hücumun obyektiv araşdırılmasına çağırış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru