“Hraparak”: Hazırda Ermənistanda yalnız bu 2 azərbaycanlının olduğu istisna edilmir

19-10-2023, 14:28           
“Hraparak”: Hazırda Ermənistanda yalnız bu 2 azərbaycanlının olduğu istisna edilmir
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu yaxınlarda Ermənistan və Azərbaycana təklif verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Zaxarova “Hamının hamıya dəyişdirilməsi” prinsipi ilə əsirləri dəyişməyi təklif edib.

“Müxtəlif hesablamalara görə, hazırda Azərbaycanda 2020-ci il müharibəsindən qalan 80-ə yaxın əsir var, sentyabrın 19-dan sonra isə “Qarabağın keçmiş rəhbərləri” (separatçılar-red.) Bako Sahakyan, Arkadi Qukasyan, Arayik Harutyunyan, “müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) “keçmiş komandiri” general Lyova Mnatsakanyan, “müdafiə ordusunun keçmiş komandir müavini” Davit Manukyan, “keçmiş dövlət naziri” Ruben Vardanyan, “keçmiş xarici işlər naziri” Davit Babayan, “parlamentin sədri” Davit İşxanyan həbs edilib. Xarici İşlər Nazirliyindən hazırda Ermənistanda Mariya Zaxarovanın təklif etdiyi düsturla dəyişdirə biləcəyimiz azərbaycanlı hərbi əsirlərin olub-olmadığını öyrənməyə çalışdıq. Xarici İşlər Nazirliyindən bizə bildirdilər ki, Ermənistanda azərbaycanlı hərbi əsir yoxdur. Yəni müharibədən sonra onların hamısı təhvil verilib. XİN Ermənistanın penitensiar müəssisələrində Azərbaycandan nə qədər əsirin olması ilə bağlı suala cavab verməyib və səlahiyyətli orqana müraciət edilməsinin vacibliyini qeyd edib. Xatırladaq ki, bir müddət öncə Ermənistanda 2 azərbaycanlı əsir (Naxçıvan istiqamətindən məhdud hava şəraitində yolunu azan əsgərlər – red.) götürülüb. Hazırda Ermənistanda yalnız bu 2 azərbaycanlının olduğu istisna edilmir”, - deyə nəşr bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.