ABŞ rəsmisi AÇIQLADI: BMT-nin bu qətnaməsinə veto verməsinin səbəbini

20-10-2023, 09:04           
ABŞ rəsmisi AÇIQLADI: BMT-nin bu qətnaməsinə veto verməsinin səbəbini
BMT-nin Yaxın Şərq qətnaməsi layihəsində İsrailin özünümüdafiəsinin tanınması yer almırdı və bu, ABŞ tərəfindən onun bloklanmasına səbəb olub.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə danışıb.

Biz çox təəssüf edirik ki, bu qətnamə İsrailin bu terror hücumları qarşısında özünümüdafiə hüququnu tanımır. Biz hesab edirik ki, bu, mühüm yanaşmadır. İsrail indicə böyük bir terror hücumuna məruz qalıb. ABŞ-da 11 sentyabr 2001-ci il silsilə terror aktlarının nəticələrindən 10-15 dəfə böyükdür. İstənilən ölkə belə vəziyyətlərdə özünü müdafiə edəcək” - deyə diplomat bildirib.

Bizim vetodan istifadə etməyimizin digər səbəbi hazırda bu məsələ ilə bağlı diplomatik işin davam etməsidir. Mülki əhalinin təhlükəsiz olacağı zonalar yaratmaq cəhdidir”, - Miller bildirib.

Qeyd efək ki, Oktyabrın 17-də BMT Təhlükəsizlik Şurası Rusiyanın Fələstin-İsrail münaqişəsinə dair qətnamə layihəsini qəbul etməyib. Sənədə beş ölkə səs verib: Rusiya, Çin, Qabon, Mozambik, BƏƏ. Altı ölkə - Albaniya, Braziliya, Qana, Malta, İsveçrə, Ekvador bitərəf qalıb. Dörd dövlət - Böyük Britaniya, ABŞ, Fransa və Yaponiya buna qarşı çıxdı. Braziliya daha sonra ABŞ tərəfindən veto qoyulan öz qətnamə layihəsini təklif etdi. BMT Təhlükəsizlik Şurasının 12 üzvü qətnamə layihəsinin lehinə səs verib, Böyük Britaniya və Rusiya səsvermədə bitərəf qalıb, yalnız ABŞ buna qarşı çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.