İsrailin Bəhreyndəki səfirliyi yandırılıb

20-10-2023, 11:18           
İsrailin Bəhreyndəki səfirliyi yandırılıb
Nümayişçilər İsrailin Bəhreyndəki səfirliyinin binasını yandırıb.

“Qafqazinfo” “Maariv” qəzetinə istinadən xəbər verir ki, oktyabrın 20-nə keçən gecə İsrailin Qəzzaya zərbələr endirməsinə etiraz edən bir qrup nümayişçi paytaxt Manamada əllərində məşəllə İsrailin diplomatik nümayəndəliyinə yaxınlaşıb.

Onlar daha sonradan məşəlləri səfirliyin binasına atıblar. Hadisə zamanı səfirlikdə heç bir əməkdaş olmayıb.

Qeyd edək ki, İsrail oktyabrın 18-i ölkəyə qarşı etiraz aksiyaları ilə əlaqədar olaraq Misir və Mərakeşdəki diplomatik nümayəndəliklərini təxliyə edib. Oktyabrın 19-u isə İsrail XİN Bəhreyn də daxil olmaqla, Yaxın Şərqdəki diplomatik nümayəndəliklərini təxliyə etmək qərarı verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru