Şahramanyandan Qarabağ ermənilərinə: Gedin işinizlə məşğul olun

21-10-2023, 11:08           
Şahramanyandan Qarabağ ermənilərinə:
Əsas suallara cavablar verilib, biz sualları qruplaşdırıb lazımi yerə təqdim etməyə hazırıq, hər şey bizdən asılı deyil.

Teref.Az xəbər verir ki, bunu Xankəndidəki keçmiş xunta rejimin lideri olmuş Samvel Şahramanyan bu gün İrəvanda Qarabağ erməniləri ilə görüşdə deyib.

O deyib ki, danışmaq istəmədiyi məsələlər var.

“Xahiş edirəm, bununla kifayətlənək, qapılarımız açıqdır, gündəlik problemlərinizi həll etməyə çalışacağıq. Xahiş edirəm, gedin, gündəlik qayğılarınızla məşğul olun, suallarınıza cavab alacaqsınız. Biz çətin vəziyyətdəyik… Biz Ermənistanı və “artsax”ın gələcək taleyini təhlükəyə atmamaq üçün hər şeyi etməliyik”, - Şahramanyan vurğulayıb. \\Ölkə.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru